Təhsil naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 24-də təhsil naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

 

Görüşdə Azərbaycan və Misir arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.  

 



24.05.2018 | 18:03