Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib

İyunun 23-də ölkə Prezidenti cənab İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. 

 

Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Təhsil Nazirliyinin 3 əməkdaşı da var.

 

Sərəncama əsasən, Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Dəftərxana sektorunun baş məsləhətçisi Şahrun Qulu Zadə "Dövlət qulluğunda fərqlənməyə görə”, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə isə "Tərəqqi" medalı ilə təltif olunublar.

 

Təltifə layiq görülən əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.

 

Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 



23.06.2020 | 18:30