Botanika İnstitutunda magistrantların yay imtahan sessiyası

Azərbaycan  Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunda təhsil alan magistrantların yay imtahan sessiyasına start verilib. Ölkə ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı imtahanlar Zoom proqramı vasitəsiilə həyata keçirilir.

 

İnstitutdan bildirilib ki, ilk olaraq magistrantlar "Göbələk genetikası", "Ekoloji mikrobiologiya", "Akvakultura" və "Ekologiyada riyazi modelləşdirmə" fənnləri üzrə qiymətləndiriliblər.

 

Növbəti günlərdə Mikologiya, Bitki fiziologiyası və Botanika ixtisasları üzrə digər fənnlərdən də imtahanlar keçiriləcək.

 

 



25.06.2020 | 17:31