Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq elmi konfranslarının qalibləri

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq elmi konfransları öz işini yekunlaşdırıb. 

 

Onlayn konfranslara BANM-in professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən 100-dək iştirakçı qatılıb.

 

Konfransın alt bölmələri üzrə ayrı-ayrılıqda  bağlanış mərasimi keçirilib və qaliblər elan olunub. 

 

Bağlanış mərasimində BANM-nin rektoru Elmar Qasımov iştirak edib, bütün qalibləri təbrik edərək hər bir iştirakçıya təşəkkürünü bildirib.  

 

Beləliklə, "Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf" konfransının “Mütərəqqi materiallar və polimerlər” bölməsində I yerə Azərbaycan-Fransız Universiteti (UFAZ), II yerə BANM, III yerə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) layiq görülüb.

 

“Neft-qaz və neft-kimya prosesləri” bölməsində  ADNSU I,  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı II,, BANM III yerin qalibi olub.

 

“Ekoloji problemlər və biotexnologiya” bölməsi üzrə I və II yerləri müvafiq olaraq ADNSU və Bakı Dövlət Universiteti, III yeri isə BANM və AMEA Neft-Kimya Prosesləri İnstitutu bölüşüb.

 

Poster təqdimatında Bakı Ali Neft Məktəbi və AMEA Neft-Kimya Prosesləri İnstitutu I yerdə,

 

ADNSU isə II və III yerdə qərarlaşıb.

 

Bundan başqa, “Qazıntı və bərpaolunan enerji” konfransının Neft-qaz mühəndisliyi bölməsinin qalibi Bakı Ali Neft Məktəbi (I, II və III yer) olub.  Belə ki, ali məktəbin tələbələri Jalə Məmmədova, Elvin Qaraşlı I yer, Fərdin Vətəni II yer, Türkan Əliyeva və Katib Əliyev isə III yerin sahibi olub.

 

“Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi – 2020” konfrans çərçivəsində keçirilən   “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı” bölməsi üzrə I və II yerlərdə BANM, III yerdə isə ADA Universiteti qərarlaşıb.

        

“Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin problemləri” bölməsi üzrə konfransın qalibi BANM, II və III yerin sahibi isə AMEA İnformasiya Texnologiyaları İnstitutu olub.

 

“İnformasiya, Ölçmə, Mexatronika və İdarəetmə Sistemləri” bölməsi üzrə üç yerin qalibi (1, 2, 3) BANM olub. BANM-in tələbələri Hacalı Bayramov I, Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli, Şəms Alıyeva II, Fərid Həmidov isə III yerin qalibi olub.

      

“İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi” adlı konfrans bölməsində  I və II yerin qalibi ADA Universiteti, III yerin sahibi isə BANM-dir.

 

Ümumilikdə konfranslara Azərbaycanın 15-ə yaxın təhsil müəsissəsindən - ADA, Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız (UFAZ), Bakı Mühəndislik, Xəzər, Sumqayıt Dövlət, Azərbaycan Texnologiyalar universitetlərinin, Milli Aviasiya Akademiyasının, AMEA İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutlarının, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbə və gənc tədqiqatçıları tezislər təqdim edib. Eyni zamanda, beynəlxalq konfransa İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin və  Çinin Guangdong Texnologiya Universitetinin İdarəetmə Məktəbindən də tezislər təqdim olunub. 

 

Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən I Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları onlayn formada təşkil olunub.



30.06.2020 | 11:16