AzTU-da ilk dəfə onlayn “Məzun günü”

Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə olaraq onlayn “Məzun günü” keçirilib.

 

"Məzun günü" universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin iştirakı ilə Zoom proqramı üzərindən təşkil edilib. Əvvəlcə rektor Vilayət Vəliyevin məzunlara videotəbriki nümayiş olunub.  Sonra  dekanlar, professor-müəllim heyəti ali məktəbi bitirənlərə öz arzularını çatdırıblar.

 

Görüşdə tələbələrin “Məzun günü” münasibətilə hazırladıqları video da təqdim edilib.

 

“Məzun günü”ndə həmçinin, universitetin 19 əlaçı və fəal məzununun fəxri fərmanla təltif edildiyi bildirilib.

 

Qeyd edək ki, bu il AzTU-nu 1643 tələbə bakalavr, 311 tələbə isə magistr dərəcəsi alaraq bitirir.

 



01.07.2020 | 16:36