Bakı Slavyan Universitetində “Gələcəyin diplomatları” layihəsi

Bakı Slavyan Universitetinin rəhbərliyinin dəstəyi və bu ali məktəbin beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Gənc Diplomatlar Klubunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 101-ci ildönümünə həsr olunmuş "Gələcəyin diplomatları” layihəsi həyata  keçiriləcək.

 

Unversitetdən bildirilib ki, layihənin hədəf qrupu  bakalavrlar və magistrantlardır.  Layihə çərçivəsində 9-13 iyul 2020-ci il tarixlərində müxtəlif mövzularda onlayn formada görüşlər həyata keçiriləcək. Layihədə iştirak edən gənclər üçün "Azərbaycan diplomatiyası və xarici siyasəti" , "Diplomatiyanın əsasları,vəzifələri", "Münaqişələrdə diplomatiyanın effektivliyi" və  bu kimi müxtəlif mövzularda onlayn təlimlər təşkil ediləcək.

 

Layihədə iştirak edənlər sertifikatla mükafatlandırılacaqlar.

 

Son qeydiyyat tarixi 8 iyul 2020-ci il saat 12:00-dır.

 Qeydiyyat linki: 

https://docs.google.com/forms/d/e/1FAIpQLSdJJZ8YKNQdnDCL8zy9h26VM5258AI7t6CTPSATnYIDU9GUCA/viewform?usp=sf_link

 



04.07.2020 | 15:20