20 tələbə OSTİM sənaye bölgəsində təcrübə keçəcək

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev OSTİM Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və baş müəllimi Bəxtiyar Nəcəfovla görüşüb.

 

Universitetdən verilən məlumata görə, görüşdə AzTU ilə OSTİM Texniki Universiteti arasında əməkdaşlığın inkişafı çərçivəsində ikili diplom, mübadilə proqramları, birgə layihələrdə iştirak, dil kursları, xüsusilə də ingilis dili tədrisinin birgə aparılması müzakirə edilib.

 

Görüşdə yay aylarında AzTU müəllimlərinin OSTİM Texniki Universitetində təcrübəyə göndərilməsi ilə bağlı təkliflər də səsləndirilib. Həmçinin hər il AzTU-nun 20 tələbəsinin OSTİM sənaye bölgəsində təcrübə keçməsi qərara alınıb.

                                              



07.07.2020 | 17:37