Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu davam edir.

 

Aşpaz və Mehmanxana inzibatçısı ixtisasları üzrə təhsil almaq istəyən şəxslər link vasitəsilə (https://bit.ly/2O03Ngo) iyul  ayının 24-dək elektron qeydiyyatdan keçməlidirlər. Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcək. İkinci mərhələdə iştirak edən namizədlər seçdikləri ixtisaslar üzrə sual və tapşırıqları yerinə yetirəcək.

 

Qeyd edək ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından  Aşpaz və Mehmanxana inzibatçısı  ixtisasları üzrə müraciət edib, 1 illik texniki peşə təhsili pilləsinə yiyələnmək mümkündür.

 



11.07.2020 | 10:00