Mərkəzi Nəbatat Bağı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında birgə elmi-tədqiqat işləri

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağı ilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında birgə tədqiqat işləri həyata keçirilir.

 

Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları-Sevinc Quliyeva, Aynur Ərəbzadə və elmi işçi Günay Məmmədova tərəfindən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarda müasir metod və avadanlıqların köməyi ilə Azərbaycanın müxtəlif bölgələrindən toplanan iqtisadi əhəmiyyətli bitki materiallarının  biokimyəvi tərkibi tədqiq olunub.

         

Tədqiqat obyekti kimi qiymətli dərman bitkilərindən olan Gülxətmi (Alcea L.) və Bədrənc (Melissa L.) cinslərinə daxil edilən növlər araşdırılıb.

 

 

 

 



12.07.2020 | 12:30