“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyası işıq üzü görüb.

 

Nəşrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığı hərtərəfli təhlil olunub.

 

Müəllif XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan xalqının real həyat tərzini bütün incəliklərinə qədər özünəməxsus tərzdə əks etdirən görkəmli ədibin yaradıcılığında təsvir edilən ailə dəyərləri, məişət adətləri, sənətkarlıq sahələri, təsərrüfat həyatı kimi məsələləri etnoqrafik baxımından tədqiqata cəlb edib. Eyni zamanda, xalq arasında qorunub saxlanılan adət və inamları sistemləşdirmək məqsədi ilə sorğular aparıb.

 

Qeyd edək ki, nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovdur.

 

 



13.07.2020 | 17:47