Botanika İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Botanika İnstitutunda 2019-2020-ci tədris ili üçün magistratura pilləsi üzrə yay imtahan sessiyası yekunlaşıb.

 

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar  respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar Zoom proqramı vasitəsilə onlayn keçirilib.

 

İnstitutdan verilən məlumata görə, Botanika, Bitki fiziologiyası, Mikologiya” və Ətraf mühitin mühafizəsi və bioloji monitorinqi ixtisasları üzrə təhsil alan birinci kurs magistrları “Biomüxtəliflik və onun mühafizəsi”, “Ali bitkilərin morfologiyası”, “Bitki molekulyar biologiyası”,  “Bitki fiziologiyasının tədqiqat metodları”, “Fotosintez”, “Akvakultura”, “Ekologiyada riyazi modelləşdirilmə”, “Kənd təsərüfatı və meşə mikologiyası”, “Göbələklərdə adaptasiya imkanları”, “Göbələklərin fiziologiyası və biokimyası”, “Göbələklərin genetikası” “Gis-in biomüxtəlifliyin idarə olunmasında tədqiqi”, “Ekoloji mikrobiologiya” fənlərindən son ixtisas imtahanlarını verərək, yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurublar.

 

Cavablar fənn müəllimləri olan AMEA-nın alimləri tərəfindən qiymətləndirilib.

 

 



16.07.2020 | 12:01