“Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda müşavirə

Cəlilabad Rayon Təhsil Şöbəsinin əməkdaşlarının və məktəb direktorlarının iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirilib.

 

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova koronavirus pandemiyasının yaratdığı problemlərdən, mart ayının 3-dən başlayaraq təhsildə yaranan fasilədən, vəziyyətdən çıxmaq üçün dövlətin atdığı addımlardan, “Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan, yay tətili dövründə şagird və müəllimlərin inkişafı üçün görülməli olan işlərdən danışıb.

 

Q. Əhmədova həmçinin,  IX və XI sinif məzunlarının buraxılış imtahanlarının təşkili məsələləri və nəticələri barədə ətraflı məlumat verərək, qarşıdan gələn dərs  ilində tədrisin təşkili, məktəblərdə sanitar-epidemioloji vəziyyətin günün tələblərinə uyğunlaşdırılması, şagirdlərin yenidən məktəbə qayıdışı zamanı ortaya çıxa biləcək problemlərin qarşısının alınması istiqamətində indidən müvafiq addımların atılması üçün hazırlıqların görülməsi ilə bağlı müvafiq tapşırıqları məktəb rəhbərlərinin diqqətinə çatdırıb.
 

Virtual müşavirənin sonunda  suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.

 

Orxan Əzimov

Cəlilabad Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs

 



17.07.2020 | 17:40