ADNSU-da “MAGnUS Yay Məktəbi” başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2”  “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində online “MAGnUS Yay Məktəbi” –nin bağlanış mərasimi keçirilib.

   

Yay məktəbini bağlı elan edən  ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov iştirakçılara öz təşəkkürünü bildirib və gələcəkdə  layihənin faydalı olmasını arzu edib.

   

“MAGnUS Online Yay Məktəbi”-nin sonunda iştirakçılara  sertifikatlar təqdim edilib. Ümumilikdə 6 partnyor universitetdən  44 bakalavr və magistr tələbə faydalanıb.

 

 

 



27.07.2020 | 13:07