Mərkəzi Elmi Kitabxanada yeni şöbə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Şərqşünaslıq şöbəsi yaradılıb.

 

MEK-dən verilən məlumata görə, kitabxana rəhbərliyi hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda kitabxananın fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur.

 

Bildirilib ki, yeni yaradılan Şərqşünaslıq şöbəsinin əsas fəaliyyət istiqamətləri şərq dillərində xaricdə və Azərbaycanda çap edilən, eləcə də elektron elmi nəşrlərlə və azərbaycanşünaslığa dair ədəbiyyatla fondun komplekləşdirilməsi, elmi kataloqlaşdırılması, elektron kataloqun formalaşdırılması, informasiya-axtarış aparatının təşkili, oxuculara kitabxana-informasiya xidmətinin təşkili və s. əhatə edir. Bundan başqa, şöbə Yaxın Şərq ölkələri ilə beynəlxalq kitab mübadiləsinin və fondun mühafizəsinin təşkili işini də həyata keçirir. Sənədlərin istifadəsi acıq rəf üsulunda təqdim olunur.



04.08.2020 | 12:20