AMEA Naxçıvan Bölməsində virtual sərgi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Elmi Kitabxanasında bu elmi qurumun yubileyi ilə əlaqədar virtual sərgi təşkil edilib.

 

“Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi-18” adlı sərgidə Naxçıvanda elmin keçdiyi inkişaf yolunu əks etdirən kitablar nümayiş olunub. Həmçinin bölmənin yaradılması ilə bağlı imzalanan rəsmi sənədlər, əməkdaşların müxtəlif elmi nəşrləri, dövri-mətbuat nümunələri oxuculara təqdim edilib.

 

Bundan əlavə, “Naxçıvan Ensiklоpediyası”, “Naxçıvan abidələri ensiklоpediyası”, “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan- tarixi-coğrafi və etnoqrafik atlası”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan duzdağının qədim duz mədənləri”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və başqa fundamental əsərlər də virtual ziyarətçilərin ixtiyarına verilib.

 

https://docs.google.com/presentation/d/1sg8baKGLvmSyDMJ6xy9-u8Wy8nc5fiPqKFszoEvIuD4/edit?pli=1#slide=id.g86a568dfa3_0_2883

 



08.08.2020 | 13:25