13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60  modul tipli məktəb istifadəyə veriləcək. 

 

Dövlət başçısının 8 avqust 2020-ci il tarixli  "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin  quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb.

 

Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə,  xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq.

 

Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

 

 



08.08.2020 | 19:03