Peşə məktəblərinə qəbul prosesində hər namizədə 5 ixtisas seçmək imkanı yaradılacaq

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

 

AZƏRTAC xəbər verir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

 

O bildirib ki, qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılacaq.

 

 



10.08.2020 | 15:02