İki elmi qurumun birgə seminarı

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında əməkdaşlıq çərçivəsində birgə seminar keçiriləcək.

 

Seminarın cari ay ərzində keçirilməsi nəzərdə tutulub. 

 

Birgə seminarda “Texnoparkların rəqəmsallaşdırılması”, “Texnoparklar üçün biznes modeli”, “Texnoparkların maliyyələşmə mexanizmləri”, “Texnoparklarda klasterlərin inkişafı” və “Texnoparklara rezidentlərin cəlb edilməsi” mövzuları üzrə koreyalı ekspertlərin mühazirələri dinləniləcək.

 

 



10.08.2020 | 16:05