Mingəçevir Dövlət Universiteti “Əsgərə məktub!” layihəsinə qoşulub

Mingəçevir Dövlət Universiteti (MDU) “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə ardıcıl həyata keçirilən “Əsgərə məktub!” layihəsinə qoşulub. Belə ki, MDU-nun tələbəsi Zamin Cəfərov universitetin tələbələri və əməkdaşları adından əsgərə məktub ünvanlayıb.

 

Universitetdən bildirilib ki, Azərbaycan əsgərinə mənəvi dəstək göstərilməsini və tələbə-gənclərin daim onların yanında olduğunu ifadə edən məktub audio formatda səsləndirilib və Asan Radio tərəfindən yayımlanıb. MDU bu layihəyə qoşulan ilk ali təhsil müəssisəsi olub.

 

Qeyd edək ki, bu vaxta qədər layihəyə millət vəkilləri, idmançılar, aktyorlar və başqa tanınmış şəxslər də qoşulublar.

 

 



13.08.2020 | 14:28