Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni nömrəsi

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti nömrəsi çapdan çıxıb və vebsayta (www.plantfungalres.az) yerləşdirilib.

 

İnstitutdan bildirilib ki, ingilis dilində təqdim olunan jurnalın əsas məqsədi respublikada aparılan bitki və göbələk tədqiqatlarının beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün bu sahədə  çap olunan elmi əsərlərin səviyyəsini inkişaf etdirmək, onları bioloji tədqiqatların müasir tələblərinə uyğunlaşdırmaq və bununla da beynəlxalq aləmdə aparılan tədqiqatlara töhfə verməkdir.

 

Qeyd edilib ki, nəşrin bu sayında müşahidə və təhlilə əsaslanan klassik botaniki, mikoloji araşdırmalarla yanaşı, eksperimental botaniki tədqiqatlara dair elmi məqalələr də yer alıb. Hazırda jurnal WoS və Scopus elmmetrik məlumat bazalarına qiymətləndirmə üçün təqdim edilib.



15.08.2020 | 11:27