Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

Bakı Ali Neft Məktəbinin (BANM) 3 məzunu Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) təqaüdünü qazanıb.

 

Təhsil ocağından bildirilib ki, Kimya mühəndisliyi ixtisasının məzunları Nərmin Baxışova Almaniyanın Hamburq Universitetində, Əsəd Əsədli və Sahib Abdullayev isə Friedrich-Alexander Erlanqen-Nümberq Universitetində magistratura pilləsi üzrə təhsil alacaqlar. Təqaüd proqramı çərçivəsində onların yaşayış və təhsil xərcləri qarşılanacaq.

 

Qeyd edək ki, BANM-in 2019-cu il məzunları olan Nərmin Baxışova hazırda İtaliyanın “Maire Tecnimont” şirkətlər qrupunun “TCM KT JV Azərbaycan” MMC-də layihə üzrə kiçik mühəndis, Sahib Abdullayev isə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə proses mühəndisi işləyir.

 

Məlumat üçün bildirək ki, Azərbaycandan təqaüd üçün seçilmiş 25 nəfərdən 3-ü məhz BANM məzunudur.

 

 



15.08.2020 | 12:24