ADNSU-nun startapı "INOTEX 2020" sərgisində

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi Start” Startap və İnnovasiya Mərkəzinın “HealWith” startapı İnnovasiyalar Agentliyinin təşəbbüsü ilə İran İslam Respublikasında keçirilən "INOTEX 2020" IX Beynəlxalq İnnovasiya və Texnologiya Sərgisində  onlayn təqdim olunub.

 

Universitetdən bildirilib ki, "HealWith" layihəsinin təmsilçiləri sərgi zamanı bir sıra investorlarla görüşüb və əməkdaşlığa marağı olan şirkətlərlə danışıqlar aparıblar.

 

 

 



18.08.2020 | 12:25