BDU-dan 5741 tələbə məzun olub

COVID-19 pandemiyası ilə əlaqədar olaraq 2019/2020-ci tədris ilinin ikinci semestrində Bakı Dövlət Universitetində (BDU) tədris və imtahanlar onlayn şəkildə təşkil olunub və universitet ailəsi bu sınaqdan üzüağ çıxıb. Ali məktəbin tələbələri onlayn imtahan sessiyasını uğurla başa vurublar.  

 

BDU-dan bildirilib ki, bu il ali məktəbdən 5741 tələbə məzun olub.

 

Təhsil ocağı hər il öz məzunları ilə möhtəşəm “Məzun Günü” tədbiri ilə vidalaşsa da, xüsusi karantin rejimi ilə əlaqədar bu il  növbəti təntənəli tədbiri təşkil etmək mümkün olmayıb.  BDU öz məzunlarına videotəbrik ünvanlayıb.

 

“Məzun-2020” videotəbriki BDU TV-də hazırlanıb.

 



25.08.2020 | 10:16