AzTU tələbələri "Azərişıq" ASC-də işlə təmin olunacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) energetika, elektrotexnika və avtomatika fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri "Azərişıq" ASC-nin tanınmış təlimçilərinin onlayn təcrübə proqramında iştirak edib. 

 

Üç ay davam edəcək proqramda tələbələr ixtisaslarına uyğun nəzəri biliklərini təkmilləşdirmək və  praktiki tətbiq etmək imkanı qazanacaq. Təcrübə proqramını yüksək nəticə ilə bitirən iştirakçılar ASC-də işlə təmin olunacaq.

 

 



26.08.2020 | 12:18