Tələbə-könüllülər üçün "Postpandemiya dövründə birlik" layihəsinə start verilib

"BİR" tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihənin icrasına başlanılıb. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

 

Layihənin məqsədi “COVID-19” pandemiyası ilə bağlı tələbə-könüllülər arasında maarifləndirmə işinin aparılması, onların həyat keyfiyyətini yüksəltmək, karyerada uğur qazanmaq, bilik və bacarıqlardan düzgün istifadə etməyə şərait yaratmaqdır.

 

2 ay davam etdiriləcək layihə pandemiyadan sonrakı həyat tərzi, təhsil,  karyera mövzularını əhatə edir və hər istiqamət çərçivəsində təlim, görüşlərin təşkili planlaşdırılır. 

 

Layihədə iştirak edəcək tələbə-könüllülər üçün sessiya günlərinə əsasən qeydiyyat linki açılacaq. Hər sessiya üçün qeydiyyatdan keçmiş və tələblərə uyğun olan 100 nəfər layihədə iştirak hüququ qazanacaq. Layihə 3 əsas və 6 alt mövzusu olan sessiyalardan ibarət olacaq. Hər sessiyada bir spikerin çıxışı nəzərdə tutulub.

 

Sonda bağlanış mərasimi keçiriləcək və tələbə-könüllülər arasında “Öz həyat tərzini karantin dövründə necə məhdudlaşdırmamaq olar?” mövzusunda müzakirə təşkil ediləcək.

 

 



31.08.2020 | 11:04