Müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya prosesi davam etdirilir

Müəllimlərin işə qəbulu üzrə imtahanların on dördüncü günü başa çatıb. 

 

Növbəti günlərdə keçiriləcək test imtahanlarında texnologiya, tarix, coğrafiya və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edəcək.

 

Avqustun 24-dən etibarən işə qəbul imtahanları ilə bağlı apellyasiya prosesinə başlanılıb. İmtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apellyasiya  müraciəti edə bilirlər.

 

İndiyədək 1666 namizəd apellyasiya müraciəti edib, 1087 müraciət emal olunub, 579 müraciət hazırda  araşdırılır.

 

Nəzərinizə çatdırırıq ki, yeni tədris ili başlamamışdan öncə namizədlərin apellyasiya müraciətlərinə baxılacaq.

 

Təhsil Nazirliyi test imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

 

 



02.09.2020 | 22:38