Oxunması zəruri olan kitabların virtual sərgisi

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan əsərlərin virtual sərgisi təşkil edilib.

 

Sərgidə siyahıya salınan 33 kitabın elektron versiyası nümayiş olunur. Həmçinin, burada əsərlərin dəyərindən bəhs edən, müxtəlif mətbuat orqanlarında və internet saytlarında dərc olunan yazıların bəzilərinin elektron versiyaları da oxucuların diqqətinə çatdırılır.

 

Əsas məqsəd gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasında, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin aşılanmasında mühüm rola malik kitabların oxuculara daha rahat və əlçatan olmasını təmin etməkdir.

 

Ziyarətçilər aşağıdakı linkə daxil olaraq sözügedən kitabları PDF formatında da əldə edə bilərlər.

 

https://docs.google.com/presentation/d/10F8mrA2VC8cRSWnmrtQrwFQlHAwQ-_Ycgllyg-Ndfzw/mobilepresent?slide=id.gc6f75fceb_0_0

 



03.09.2020 | 12:35