“Jurnalistika” üçün qabiliyyət imtahanı: qeydiyyat başladı

Sentyabrın 11-də “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı keçiriləcək. III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/jurnalistika/?frm=egov linkindən sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər. Sentyabrın 4-8-də aparılan qeydiyyatdan sonra abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

 

 

Xatırladaq ki, ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olanlar bu imtahana qatıla biləcəklər.

 

DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

 

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı sentyabrın 11 də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.

 

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış ola bilərsiniz.

 



04.09.2020 | 19:56