Xarici dil müəllimləri üçün fürsət: Distant tədrisdə ABŞ təcrübəsi

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “Xarici dilin distant tədrisinin təkmilləşdirilməsi imkanları-2020” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək.

 

UNEC-dən bildirilib ki, beynəlxalq konfransda ABŞ-ın aparıcı universitetlərinin alimləri xarici dilin distant tədrisinin təkmilləşdirilməsi yolları, onlayn mühitdə tədris və öyrətmə, onlayn tədris kontekstində tələbələri cəlb etmə, müasir təhsilalanlar, effektiv dərs kitabları və onlayn tədris mövzularında çıxışlar edəcəklər.

 

Konfransın moderatoru UNEC-in xarici dillər kafedrasının dosenti, ABŞ-ın Fulbrayt proqramının məzunu Sevinc Ələkbərzadədir.

 

Beynəlxalq konfrans UNEC-in rəsmi Facebook səhifəsi (https://www.facebook.com/unecedu/) üzərindən Bakı vaxtı ilə saat 18:00-da, ABŞ vaxtı ilə səhər 09:00-da canlı yayımlanacaq.

 

Beynəlxalq konfransda izləyicilərin sualları da cavablandırılacaq.

 

UNEC xarici dili daha maraqlı, interaktiv və keyfiyyətli tədris etmək istəyən hər kəsi konfransa qoşulmağa dəvət edib.

 

Konfransın spikerləri:

Dr.Qram R.Smit - ABŞ Boston kollecinin Linç Təhsil və İnkişaf məktəbinin  xarici dil müəllimi, elmi tədqiqatçı.

Maryna Teplova - ABŞ İllinoys Dövlət Universitetinin ingilis dili kafedrasının doktorant müəllimi.

Tasito Kuri - ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun rəhbəri.

Gizela Kornejo- ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun akademik rəhbəri.

Konfransın proqramı

 

 



07.09.2020 | 13:33