Alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, professor Elman İsgəndər Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) müxbir üzvü seçilib.

 

Respublikada əldə olunan nailiyyətlərin xarici ölkələrdə təbliğində fəal rol oynayan alim elm sahəsindəki xidmətlərinə və RTEA ilə sıx   əməkdaşlığına əsasən akademik diplomuna layiq görülüb.

 

E.İsgəndər bu il RTEA-nın 25 illiyi münasibəti ilə keçirilən konfrans, sərgi və müsabiqələrdə fəal iştirak edib.

 

Qeyd edək ki, tədqiqatçı tərəfindən  Azərbaycan florasına aid  nadir və nəsli kəsilməkdə olan ağac, kol bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası, morfogenezi, reproduksiya və reintroduksiyası in situ və ex situ şəraitində müqayisəli şəkildə tədqiq edilib, həmin bitkilərin areallarının kiçilmə səbəbləri aşkar edilərək onların təhlükə kateqoriyaları müəyyənləşib və mühafizə edilmələri üçün təkliflər verilib.

 

E.İsgəndər Botanika ixtisası üzrə 155 elmi əsərin və 8 kitabın müəllifidir. Alimin çoxsaylı elmi əsərləri rus və ingilis dillərində nüfuzlu jurnallarda dərc olunub.

 

 



11.09.2020 | 16:36