Tətil dövründə şagirdlər üçün məktəbdənkənar fəaliyyət başa çatıb

Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyət” telekanalında yayımlanan “Tətil vaxtı” televiziya proqramına yekun vurulub.

 

Proqramın hazırlanmasında əsas məqsəd koronavirus infeksiyasına görə elan edilmiş karantin rejimi ilə əlaqədar məktəblilərin yay tətili dövründə ev şəraitində asudə vaxtlarını səmərəli keçirməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarını inkişaf etdirməkdən ibarət olub.

 

"Tətil vaxtı" adı altında 17 veriliş efirdə yayımlanıb. Proqramda məktəbdənkənar təhsil müəssisələrinin məşqçi-müəllim və dərnək rəhbərlərinin iştirakı ilə məktəblilərin fiziki sağlamlıqlarının təmin edilməsi üçün idman məşqləri, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə və digər istiqamətlər üzrə dərslər təqdim edilib.

 

 



12.09.2020 | 14:00