İxtisas seçimi bitdi, nəticələr 3-4 gün ərzində açıqlanacaq

Bu il 11-ci sinifi, təqribən 80 mindən artıq şagird bitirib. Onların yarıdan çoxu ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. İmtahan nəticələri artıq bəllidir.

 

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, imtahanda keçid balı toplayaraq ixtisas seçimi mərhələsinə buraxılanların sayı 44776 nəfər olub. 2000 nəfərə yaxın abituriyent 600 və daha yuxarı bal toplayıb. I ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq ixtisas seçiminə buraxılan abituriyentlərin sayı 15373 nəfərdir. Bu qrup üzrə qəbul planı 14924 (o cümlədən 9290 yer dövlət sifarişi) yer, 500 və ondan yuxarı bal toplayanların sayı 1903 nəfər, 600 və daha yuxarı bal toplayanların sayı 611 nəfərdir. 1 nəfər 700 bal toplayıb.

 

II ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq ixtisas seçiminə buraxılan abituriyentlərin sayı 7682 nəfərdir. Onlar 13800 (o cümlədən 4115 yer dövlət sifarişi) yer uğrunda mübarizə aparıb. 500 və daha yuxarı bal toplayanların sayı 899 nəfər, 600 və daha yuxarı bal toplayanların sayı 216 nəfərdir.

 

III ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq ixtisas seçiminə buraxılan abituriyentlərin sayı 17964 nəfərdir. Qəbul planında 12286 (o cümlədən 4256 yer dövlət sifarişi) yer var.

 

İmtahanın nəticələrinə görə, 500 və daha yuxarı bal toplayanların sayı 2714 nəfər, 600 və daha yuxarı bal toplayanların sayı 555 nəfərdir. 1 nəfər 700 bal toplayıb.

 

IV ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq ixtisas seçiminə buraxılan abituriyentlərin sayı 3757 nəfərdir. 4100 (o cümlədən 2625 yer dövlət sifarişi) yer üçün gedən bu mübarizədə ən çox şanslı 500 və daha yuxarı bal toplayan 1022 nəfər, 600 və daha yuxarı bal toplayan 356 nəfər var.

 

X.Xanlarzadə qeyd edib ki, müsabiqənin nəticələri yaxın 3-4 gün ərzində məlum olacaq.

 

Ruhiyyə

 



21.09.2020 | 12:43