Azərbaycan alimlərinin beynəlxalq tədqiqatlarının nəticələri xarici jurnalda

Azərbaycan Milli Elmlər Akademiyasının  Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimovun müxtəlif ölkələrdən olan aparıcı ekspert – alim həmkarları ilə müştərək axtarışların nəticələrinə həsr olunan məqaləsi impakt faktoru 1,516 olan “Inland waters” jurnalında dərc edilib.

 

Məqalə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-siyasət Platformasının (IPBES) Avropa və Mərkəzi Asiya üzrə regional qiymətləndirilməsi çərçivəsində daxili duzlu göllərin ekosistemi və bioloji müxtəlifliyinə həsr edilib. Daxili duzlu göllərin mövcud vəziyyəti və təbii amillərin (iqlim dəyişikliyi, torpaq istifadəsi, çirklənmə, təbii ehtiyatların istismarı və invaziv növlərin) ekosistemə, biomüxtəlifliyə birbaşa təsiri, eləcə də yayılma arealı, yaşayış mühitinin deqradasiya dərəcəsi, nəsli kəsilməkdə olan növlərin növ zənginliyi və bolluğu kimi indikatorlar istifadə edilməklə keçmiş, cari və gələcək tendensiyalar təhlil olunub.

 

Xatırladaq ki, adıçəkilən jurnal “Web of Science” beynəlxalq elmi bazasına, Q2 kvartilinə daxildir və yuxarıda qeyd edilən “Overview of past, current and future ecosystem and biodiversity trends of inland saline lakes of Europe and Central Asia” adlı məqələ jurnalın internet səhifəsində yerləşdirilib.

 



22.09.2020 | 11:24