UNEC brendi 10 ölkədə tanındı

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC brendi daha bir ölkədə tanınıb.

 

Universitetdən bildirilib ki, dünya təhsil brendləri arasında öz mövqeyini gücləndirən UNEC Rusiyadan sonra Ukraynada da tanınıb. Belə ki, UNEC Ukrayna İntellektual Mülkiyyət İnstitutu tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına alınıb.

 

Qeyd edək ki, əhatə dairəsini gündən-günə genişləndirən UNEC Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Türkiyə, Estoniya, Rusiyadan sonra 10-cu ölkədə tanınmış oldu.

 

 



22.09.2020 | 12:37