552 vakant direktor vəzifəsi müsabiqəyə çıxarılacaq

Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq.

 

Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər:

 

Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elan ediləcək vakant yerlər

 

 



26.09.2020 | 14:04