AzMİU Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürdü

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürdü.

           

Universitetdən bildirilib ki, bu barədə AzMİU-nun Elmi Şurasının dünən keçirilən növbədənkənar iclasında qərar  verilib. Elmi Şura üzvlərinin iclasda qəbul etdikləri qərar layihəsində qeyd olunur ki, torpaqlarımızın erməni işğalından azad edilməsi, Vətənimizin bütövlüyü uğrunda döyüşən qəhrəman ordumuza maddi və mənəvi dəstək olmaq hər bir vətəndaşın mənəvi borcudur. “Ordumuza, cəbhədə, Qarabağda tarix yazan mərd oğullarımıza dəstək olmaq bizim üçün qürurdur, böyük şərəfdir! Biz böyük zəfərlər astanasındayıq. Yolumuz haqq yoludur və inanırıq ki, qələbə bizimlədir!”-deyə universitetin mövqeyində bildirilir.  



02.10.2020 | 14:02