Bakı Slavyan Universitetindən Silahlı Qüvvələrə dəstək

Bakı Slavyan Universiteti (BSU)  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 20 min manat vəsait köçürüb.

 

Bu barədə BSU-dan məlumat verilib. Bildirilib ki, universitetin rektoru, professor Nurlana Əliyevanın müvafiq əmr və tövsiyəsinə uyğun olaraq milli orduya maddi dəstək addımı atılıb.

 

Qeyd edilib ki,  universitet könüllü şəkildə bu vacib aksiyaya qoşulmaqla  xalqla, dövlətlə birlik və həmrəylik nümayiş etdirir, Azərbaycan Respublikasının Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan Ordusunu mənəvi baxımdan da dəstəkləyir.

 



02.10.2020 | 17:18