Fizika İnstitutu ilə Energetika Nazirliyi arasında videokonfrans

Azərbaycan Milli Elmlər Akademiyası  (AMEA) Fizika İnstitutu ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında videokonfrans keçirilib. Görüşdə Energetika naziri Pərviz Şahbazov, nazir müavini Elnur Soltanov, nazirin  müşaviri Cavid Abdullayev, nazirin köməkçisi Rauf  Rzayev, nazirliyin  sektor müdiri Cahid Mikayılov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov  iştirak ediblər.

        

Videokonfransda Ayaz Bayramov “AMEA Fizika İnstitutunda qabaqcıl naziktəbəqəli texnologiyaların inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, nazik təbəqəli günəş elementlərinin müasir vəziyyətinin qısa icmalını verib,  institutda yeni tip günəş elementlərinin yaradılmasından  və perspektiv planlardan bəhs edib.

 

Daha sonra Energetika naziri Pərviz Şahbazov və Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov  mövzu ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər.  

 

Görüşdə yaxın vaxtlarda yenidən birgə planlar haqqında müzakirələr aparılması qərara alınıb.

 



06.10.2020 | 09:26