ADNSU-dan Milli Orduya maddi dəstək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Ermənistanın  Azərbaycana yönəlik hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatları keçirən Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

 

Universitetdən bildirilib ki, Azərbaycan əsgər və zabitlərinin göstərdikləri fədakarlıq, qəhrəmanlıq, xalqımızın nümayiş etdirdiyi möhkəm birlik,  həmrəylik hər bir vətəndaşda  qürur və fəxarət hissi yaradır, qələbəyə olan inamı möhkəmləndirir.  

 



06.10.2020 | 10:32