Fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

Oktyabrın 6-də Nobel Mükafatları Komitəsi 2020-ci il üzrə fizika üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Yüksək elmi mükafata Rocer Penrouz (Böyük Britaniya), Rainhard Gensel (Almaniya) və Andrea Qez (ABŞ) layiq görülüblər.  Nobel Komitəsi alimlərin "qara deşiklər"  sahəsində tədqiqatlarını yüksək qiymətləndirib.  Alimlər "qara deşiklər"in formalaşması mexanizimini  öyrənməyə çalışıblar. 

 

Qeyd edək ki, 1 milyon dollar laureatlar arasında bölüşdürüləcək.

 

Oruc MUSTAFAYEV

 



06.10.2020 | 15:16