Azərbaycanlı alimlərin məqaləsi beynəlxalq jurnalda

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevin və Bağın əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayevin xarici həmkarları ilə birlikdə “Cənub-Qərbi Asiyada floristik nəşrlərin icmalı” adlı növbəti məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib.

 

Mərkəzi Nəbatat Bağından bildirilib ki, “Global Ecology and Conservation” jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Jurnal “Elsevier” nəşriyyatında çap olunub və “Clarivate Analytics” bazasında impakt faktoru 2.526-dır.

 

 



07.10.2020 | 18:23