Abşeronda məktəb və bağçalarda növbəti monitorinq aparılıb

Abşeron rayonunda fəaliyyət göstərən orta məktəb və məktəbəqədər təhsil müəssisələrində tədrisin pandemiya şəraitində təşkili vəziyyəti ilə əlaqədar monitorinqlər aparılıb.

 

Rayon icra hakimiyyətinin əməkdaşlarının və Təhsil Şöbəsinin nümayəndələrinin birgə iştirakı ilə ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud şəraitə baxış keçirilib, pandemiya şəraitində şagirdlərə və fidanlara təlim-tərbiyənin, eləcə də tədrisin keçirilmə forması müşahidə edilib.

 

Monitorinqlər zamanı ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müvafiq qaydalara uyğun təchiz edilməsi, dezinfeksiyaedici maddələrlə tam təmin olunması, dərs prosesində müəllimlərin və tərbiyəçilərin üz sipəri ilə yanaşı, maskadan istifadə etmələri, məktəbdə və bağçalarda kollektivi, şagirdləri və eləcə də körpə fidanları maarifləndirmək üçün xüsusi posterlərin vurulması, həyətə müəyyən olunmuş qaydalara uyğun məsafəni göstərən xətt çəkilməsi kimi məsələlərə diqqət yetirilib.

 

Azərtac

 



12.10.2020 | 16:00