BMU-da ayrı-ayrı fakültələr üzrə I kursların tanışlıq görüşləri

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavr pilləsinə qəbul olan iqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbələri ilə tanışlıq görüşləri keçirilib.

 

Dövlət və bələdiyyə idarəetməsi ixtisasının (Azərbaycan və ingilis bölməsi) tələbələri üçün nəzərdə tutulan görüşdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov çıxış edərək onları tələbə adı qazanmaları münasibətilə təbrik edib. Nizam-intizam məsələlərinə toxunan dekan fakültədə mövcud olan ixtisaslar haqqında ətraflı məlumat verib.

 

 

Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, dosent Samir Quliyev qarşıdakı dövrdə hansı dərslərin tədris olunacağını və bu ixtisasın yaratdığı iş perspektivlərini tələbələrin diqqətinə çatdırıb. Kafedra müdiri sosial fəaliyyətə toxunaraq universitetdə mövcud olan tələbə klubları və onlara üzv olmaqdan söz açıb.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini Xanlar Heydərov isə mövcud şəraitdə distant təhsilin təşkili haqqında məlumat verib.    

 

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov tələbələri təbrik edib və BMU-nu seçməklə düzgün addım atdıqlarını bildirib.

 

Maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Füzuli Əliyev BMU-nun Maliyyə ixtisasının əhəmiyyəti haqqında danışıb, bu ixtisasda təhsil alan tələbələrin mübadilə proqramlarında iştirak etmək imkanlarının geniş olduğunu sözlərinə əlavə edib. Kafedra müdiri BMU-nun Maliyyə ixtisasını bitirən məzunların dünyanın ən qabaqcıl universitetlərində magistratura təhsili almaqları ilə yanaşı, dünya üzrə ən nüfuzlu şirkətlərdə çalışdıqlarını da qeyd edib.

 

Maliyyə kafedrasının professoru Saleh Məmmədov maliyyə ixtisasının tarixi və vacibliyi barədə məruzə ilə çıxış edib, ən yaxşı maliyyəçilərin BMU-da yetişdiyini diqqətə çatdırıb.

 

Görüşlərin sonunda dərs qeydiyyatının aparılması üçün tələbələrə e-maillər təqdim olunub. 

                                            

                                                                    ...

BMU-nun Pedaqoji fakültəsinin I kurs tələbələri ilə tanışlıq görüşləri

 

Bakı Mühəndislik Universitetində (BMU) bakalavr pilləsinə qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri davam edir.

 

Növbəti belə görüşlər pedaqoji fakültənin Kimya müəllimliyi və Biologiya müəllimliyi ixtisaslarının tələbələri üçün təşkil olunub.

 

Fakültənin tədris işləri üzrə dekan müavini, dosent Seyran Qayıbov çıxış edərək universitet haqqında, həmçinin görüşün formatı haqqında ümumi məlumat verib.

 

Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev isə çıxışında tələbələri təbrik edib və yeni tədris ilində qarşıda duran əsas vəzifələrə toxunub. O, pedaqoji fakültə üzrə ən yüksək bal toplayan tələbələrin adlarını (Xədicə Abdullazadə-Kimya müəllimliyi 616.90 bal, Fidan İsmayılzadə- Riyaziyyat müəllimliyi 616.30 bal, Maya Səfərova-Riyaziyyat və informatika müəllimliyi, 610.30 bal) iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, bu görüşdə iştirak edən Kimya müəllimliyi ixtisası üzrə ən yüksək nəticə göstərən Xədicə Abdullazadəni təqdim edib.

 

Kimya-biologiya kafedrasının müdiri  Elmar İmanov distant təhsilin təşkili, dərs qeydiyyatı, tədris olunacaq fənlər, həmçinin iş potensialı barədə təqdimatla çıxış edib.

         

Riyaziyyat və informatika kafedrasının müəllimi Elməddin Hüseynov Tələbə Məlumat Sistemi (TMS) və ondan istifadə edilməsi barədə tələbələrə ətraflı danışıb.

 

Tələbələri maraqlandıran sualların cavablandırılmasından sonra, onlara Kompüter laboratoriyası ilə yaxından tanış olmaq imkanı yaradılıb.

 

Sonda ilk kurs tələbələri üçün ingilis dilindən səviyyə müəyyənləşmə imtahanı təşkil olunub.



14.10.2020 | 10:00