BMU-da I kurs tələbələri ilə tanışlıq görüşləri yekunlaşıb

Bakı Mühəndislik Universitetinin (BMU)  bakalavr pilləsinə qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri yekunlaşıb. Sonuncu belə görüş iqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu ixtisasının tələbələri üçün təşkil olunub. Tədbirdə fakültə üzrə əvvəlki görüşlərə qatılan bilməyən tələbələr də iştirak edib.

 

Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov mühasibat uçotu ixtisası haqqında tələbələrə məlumat verib.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Mayis Əzizov tələbələri uğur qazanmaları münasibətilə təbrik edib, BMU-da təhsilin üstünlüklərindən danışıb.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini, Elsevər İbadov BMU-nun Tələbə Məlumat Sistemi (TMS), tələbə biliyinin qiymətləndirilməsi, həmçinin distant təhsilin təşkili barədə təqdimatla çıxış edib.

 

Sonda tələbələr kompüter laboratoriyası ilə yaxından tanış olublar.

 

Qeyd edək ki, bununla da BMU-da ilk kurs tələbələrinin mərhələli şəkildə universitetin fəaliyyəti ilə tanışlığı başa çatıb.

 

 



15.10.2020 | 16:05