Azərbaycanın “World Skills International” təşkilatına üzvlüyü təsdiq edilib

Azərbaycanın nümayəndə heyəti “World Skills International” (WSI) təşkilatının Ümumi yığıncağına qatılıb. Görüş WSI təşkilatının İdarə heyətinin, regional qurumlar və üzv dövlətlərin, eləcə də tərəfdaş təşkilatların rəsmi nümayəndələrinin iştirakı ilə onlayn formatda təşkil edilib. Tədbir zamanı Azərbaycanın WSI təşkilatına 85-ci üzv kimi qəbul edilməsi Ümumi yığıncaq tərəfindən təsdiq olunub.        

 

“World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan beynəlxalq bir təşkilatdır.

 

Qeyd edək ki, növbəti yarışlar 2021-ci ilin sentyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək. Azərbaycanın həmin yarışlarda iştirakı nəzərdə tutulur.

 

 



16.10.2020 | 19:05