“Elmi əsərlər” jurnalının İctimai və humanitar elmlər seriyası çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının İctimai və humanitar elmlər seriyası işıq üzü görüb.

 

Yeni sayda Naxçıvan Bölməsi, AMEA-nın Tarix, Dilçilik institutları, Bakı Dövlət Universiteti və digər elm, təhsil müəssisələrində çalışan əməkdaşların müxtəlif səpkili mövzularda apardıqları tədqiqatların nəticələri əksini tapıb.

 

Jurnalda “Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb”, “Qadınların Yeni Azərbaycan Partiyasının sıralarında ictimai-siyasi fəaliyyəti”, “Naxçıvantəpə yaşayış yerində 2019-cu ilin arxeoloji tədqiqatları”, “Tarixən türk dövlət və cəmiyyətlərində dil siyasəti: Osmanlı imperiyasında dil islahatları”, “Kitabi-Dədə Qorqud” dastanı və Babək rayonundakı ortaq toponimlərin leksik-semantik xüsusiyyətləri”, “Naxçıvan ədəbi mühiti: Nağı Nağıyev”, “Azərbaycan mətbuatı repressiya illərində”, “Naxçıvanın qədim xalq rəqslərindən olan yallı və halaylar”, “Elmin inkişafı innovasiya sahibkarlığının canlandırılması və sənaye məhəllələrinin yaradılmasının başlıca amilidir” və digər elmi məqalələr rus, ingilis dillərində xülasələrlə dərc olunub.

 

Qeyd edək ki, “Elmi əsərlər”in cari ilə olan sonuncu nömrəsi Təbiət və texniki elmlər seriyasına həsr olunacaq.

 



19.10.2020 | 18:01