“Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu, bizə güc verir”

Bizim üstünlüyümüz odur ki, Türkiyə və Azərbaycan prezidentləri - əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bu təməl - ortaq tarix, etnik köklər və dil üzərində elə bir möhkəm bina inşa etdik ki, bu, əbədi qalacaq. Bizdən sonra gələn nəsillər də hərəsi bu binanın üstünə bir daş qoyarsa, bu möhtəşəm bir bina olacaq - Türkiyə-Azərbaycan qardaşlığı binası. Mən bütün qardaşlarıma, Türkiyədə yaşayan bütün insanlara Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Biz gördük ki, biz tək deyilik. Qardaşım Tayyib bəyin dediyi kimi, Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu, bizə güc verir.

 

Prezident İlham Əliyevin oktyabrın 15-də

Türkiyənin NTV televiziyasına müsahibəsindən

 



23.10.2020 | 09:24