BMU-da ikili diplom proqramına vakansiya elan edilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İnha Universiteti  arasında icrasına başlanan ikili diplom proqramına “Direktor” vəzifəsinə vakansiya elan edilib.

 

Universitetdən bildirilib ki, direktor ikili diplom proqramının inkişafı, idarəsi, eləcə də  büdcəsi üçün liderlik və koordinasiyanı, həmçinin universitetlər tərəfindən müəyyən edilmiş standartlara uyğun idarə olunmanı təmin edir, proqram təlimatlarının yerinə yetirildiyini izləmək və sənədləşdirmək üçün sistemlər təşkil edir.

 

Maraqlanan namizədlər  mövzu hissəsində vəzifənin adı göstərilməklə tələb olunan sənədləri [email protected] elektron poçtuna göndərməlidirlər. Müraciət üçün son tarix 25 oktyabr 2020-ci il saat 23:59-dur.

 

İş elanı ilə bağlı ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

 

https://beu.edu.az/az/announcement/bmu-da-ikili-diplom-proqramina-vakansiya-elan-edilib-60

 

Qeyd edilib ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

 



23.10.2020 | 16:29