Məktəblilərə Milli Ordumuzun parlaq qələbələrindən danışılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, dosent Nuray Əliyeva Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb.

 

O, məktəblilərə Azərbaycanın dövlətçilik tarixi və bu tarixdə Naxçıvanın yeri barədə məlumat verib. Bildirib ki, qədim Azərbaycan torpağı həmişə böyük dövlətlərin diqqət mərkəzində olub, tarix boyu dəfələrlə yağı işğallarına məruz qalıb. Hadisələrin törədilməsinin kökündə də azərbaycanlıları əzəli və əbədi torpaqlarından təmizləmək, bu ərazilərdə erməni dövləti yaratmaq olub.

 

Alim tarixi torpaqlarımız hesabına yaradılan Ermənistan dövlətinin zamanla ölkəmizdə gizli və aşkar şəkildə kütləvi qırğınlar həyata keçirdiyini, Azərbaycanın bir sıra bölgələri ilə yanaşı, Naxçıvanda da qətllər törətdiyini, lakin uzun müddət torpaqları işğal etməyə cəhd göstərən erməni daşnaklarının bu xülyalarını rеаllаşdırа bilməyərək məğlub olub geri çəkildiklərini deyib.

 

İşğal olunan ərazilərimizin mənəvi dəyərindən bəhs olunaraq vurğulanıb ki, əzəli və əbədi Azərbaycan torpağı Dağlıq Qarabağ, onun ətrafındakı digər rayonlar mənfur düşmən tərəfindən talan edilib. Qeyd olunub ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəbhədə tarix yazır.

 

N.Əliyeva sonda şagirdləri maraqlandıran sualları cavablandırıb.

 



24.10.2020 | 11:19