"Mətbuat səngəri" adlı layihəyə start verilib

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin Tədris Tele-radio studiyası (BDU TV) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan "Mətbuat səngəri" adlı maarifləndirici verilişə start verilib.

 

Universitetdən bildirilib ki, veriliş hazırda torpaqlarımızın azadlığı uğrunda davam edən haqq mübarizəmiz, bu mübarizədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mövzuları əhatə edəcək.


Verilişin ilk qonağı olan Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərindəki qələbələr, dövlət-ordu-xalq birliyi, informasiya terroru kimi məsələlərə aydınlıq gətirib. A.Nağıyev gəncləri oxumağa, öyrənməyə, sosial şəbəkələrdə Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yönələn yalan, böhtan kampaniyaları ilə aktiv mübarizəyə səsləyib.

 

https://youtu.be/YASJQz-MZ9c

 

 



28.10.2020 | 14:26